Nöqsanlar aşkarlanmış dondurmalar yenə satışdadır?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinqinin nəticələrinə görə, nöqsanlar aşkarlanmış dondurmaların hələ də satışda olması ictimaiyyətdə narahatlıq yaradıb.

Globalinfo.az xəbər verir ki, məsələ ilə bağlı Agentlikdən APA-ya bununla bağlı hazırda prosesin davam etdirildiyi bildirib:

“AQTA-nın sözügedən məlumatında konkret istehsal tarixli məhsul partiyasından söhbət gedirdi. Həmin istehsal tarixli məhsulların satışdan geri çağırılması ilə bağlə proses gedir. Yaxın günlərdə bununla bağlı rəqəmlər də açıqlanacaq”.

Xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ticarət şəbəkələrində satılan dondurmalarla bağlı monitorinq keçirib.

Monitorinq çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.

Uyğunsuzluq aşkarlanan dondurma məhsulları aşağıdakılardır:

Məhsulun adı İstehsalçı Məhsulun partiyası, istehsal və son istifadə tarixi Aşkar edilmiş uyğunsuzluq
1 “İçərişəhər” əmtəə nişanlı vanilli plombir dondurma “Rich S.A” MMC 30.03.2024-30.01.2025 Enterobacteriaceae bakteriyası
2 “Soyuq” əmtəə nişanlı südlü kakaolu dondurma 04.04.2024-04.02.2025 Enterobacteriaceae bakteriyası
3 “Soyuq” əmtəə nişanlı südlü çiyələkli dondurma 03.04.2024-26.01.2025 Enterobacteriaceae bakteriyası
4 “İce Dream” əmtəə nişanlı şokoladlı plombir dondurma 30.03.2024-30.01.2025 Enterobacteriaceae bakteriyası
5 “Yolka” əmtəə nişanlı qaymaqlı dondurma 30.03.2024-30.01.2025 Enterobacteriaceae bakteriyası
6 “Qoşa Qapı” əmtəə nişanlı vanilli Eskimo dondurma “Camal LTD” MMC 02.04.2024-02.02.2025 Enterobacteriaceae bakteriyası
7 “Selena” əmtəə nişanlı Qlobus Eskimo vanilli plombir dondurma Fiziki şəxs Yusubova Səringül

Kərəm qızı

22.04.2024-22.02.2025 Enterobacteriaceae bakteriyası
8 “Zoluşka” əmtəə nişanlı portağallı Eskimo dondurma 10.04.2024-10.02.2025 Enterobacteriaceae bakteriyası
9 “Selena” əmtəə nişanlı südlü çiyələkli dondurma 29.04.2024-28.02.2025 Enterobacteriaceae bakteriyası
10 “Naturalika” əmtəə nişanlı Eskimo dondurma Fiziki şəxs Poladov Müzəffər Müslüm oğlu 27.04.2024-27.02.2025 Enterobacteriaceae bakteriyası

43 dondurma nümunəsində hər hansı uyğunsuzluq aşkar edilməyib. Digər nümunələrin laborator müayinələri davam etdirilir.

Bildirilib ki, sınaq nəticələri qənaətbəxş olmayan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçiriləcək.