“Dünyanı HƏMAS-dan təmizləməkdənsə, Netanyahudan xilas etməyi üstün tuturam”.
Globalinfo.az xəbər verir ki, bunu amerikalı jurnalist, “Çikaqo Sun-Times” nəşrinin köşə yazarı Neil Steinberg deyib.
O bildirib ki, HƏMAS-la müqayisədə dünyanı İsrailin baş naziri Benyamin Netanyahudan təmizləməyə üstünlük verir. Çünki Netanyahu HƏMAS-dan daha dağıdıcı qüvvədir.
“HƏMAS-dan yaxa qurtarmaq və Netanyahudan qurtulmaq arasında seçimim olsaydı, İsrailin Baş nazirini seçərdim. HƏMAS-ın yerində həmişə başqa bir terror qruplaşması olacaq. Ancaq mən düşünmürəm ki, İsrailin Netanyahudan daha pis lideri ola bilər”, – deyə Steinberg vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az