“HƏMAS-ın əlində olan girovları azad etmək üçün əlimizdən gələni edirik”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O bildirib ki, radikal hərəkatı məğlub etmək üçün hər cür səy göstərir.
“Mən girovları qaytarmaq və müharibədə qalib gəlmək üçün hər şeyi edirəm. Ən qiymətli varlıqlarını itirmiş ailələrin fəryadını eşidirəm”, – deyə Netanyahu vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az