washington post netanyahu abdye iranda nukleer ve petrol tesislerini hedef almayacaklarini soyledi rziu

“Biz İranın yüksək səviyyəli nüvə komandirlərini və alimlərini vurduq. İsraillilər uzun müddət sığınacaqlarda qalmağa hazır olmalıdırlar”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu İrana hücumla bağlı xalqa müraciətində deyib.

Baş nazir xalqı komandanlığının göstərişlərinə son dərəcə ehtiyatla əməl etməyə çağırıb:

“Uzun müddət sığınacaqlarda qalmalı olma ehtimalınız yüksəkdir. Əminəm ki, siz yemək, geyim və s. ehtiyat yığırsınız. Hücumlar davam etdiriləcək”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: