Doc P 807481 638650205332332680

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidentliyinə namizəd Donald Trampla telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Pensilvaniya ştatında keçirilən seçki kampaniyası zamanı deyib.

Trampın sözlərinə görə, İsrailin baş naziri Amerika lideri Co Bayden və onun administrasiyasının göstərişlərinə məhəl qoymur.

“İsrail ABŞ administrasiyasının narahatlığını nəzərə alır, lakin son nəticədə öz milli maraqlarına əsaslanaraq qərarlar verəcək”, – Netanyahu telefon danışığı zamanı deyib.

Benyamin Netanyahunun dəftərxanası bildirib ki, siyasətçilər arasında söhbət “Hizbullah”ın İsrail baş nazirinin Qeysəriyyədəki iqamətgahına hücumundan sonra baş verib.

Bundan əvvəl “The Hill” qəzeti ABŞ Demokratlar Partiyasının üzvlərinin İsrailin Baş nazirinin Amerika seçkilərinə müdaxilə edə biləcəyindən şübhələndiyini yazmışdı. Nəşr qeyd edib ki, 2020-ci illə müqayisədə ABŞ Prezidenti Cozef Bayden və vitse-prezident Kamala Harrisin administrasiyasına dəstəkdə xeyli azalma var.

Paylaş: