Netanyahu SƏRT DANIŞDI: “İsraili heç kim dayandıra bilməyəcək”

“Müharibədə İsraili heç kim dayandıra bilməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu hərbi qərargahda keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, İsrail qələbə yolundadır və tam uğur qazanana qədər Təl-Əviv öz yolundan dönməyəcək. Netanyahu həmçinin Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsinə müraciətinə də toxunub. O, Haaqa məhkəməsini ikiüzlülükdə ittiham edib:

“Antisemitizm hələ də yaşayır. Lakin yəhudi xalqının statusu dəyişib. İndi bizim dövlətimiz, ordumuz və xalqımızı qoruyan qəhrəman əsgərlərimiz var”, –  deyə İsrailin Baş naziri fikirlərini tamamlayıb.

Əliyar Xəlil
Globalinfo.az