Netanyahu sərt danışdı: “İsrail ABŞ-ın vassalı deyil”

“İsrail ABŞ dövlətinin vassalı deyil”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

Netanyahu bu reaksiyanı ABŞ prezidenti Co Baydenin Rəfahın işğalının gerçəkləşməsi fonunda İsrailə hava bombaları və artilleriya mərmilərinin tədarükünü dayandırmaqla hədələməsindən sonra verib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden Qəzza zolağında hərbi əməliyyatların Rəfah şəhərinə qədər genişlənəcəyi təqdirdə İsrailə hava bombaları və artilleriya mərmilərinin tədarükünü dayandıracağını bildirmişdi.

Müşviq Tofiqoğlu
Globalinfo.az