Netanyahu sərt danışdı: Bu, “terrorun mükafatı”dır

“Fələstin dövlətinin yaradılması terrorçuların xeyrinə olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O, Fələstin dövlətçiliyinin İrlandiya, İspaniya və Norveç tərəfindən tanınmasını rədd edib.

Netanyahu hesab edir ki, belə bir addım yalnız fələstinli radikallar üçün “terrorun mükafatı” demək olacaq. Lakin İsrail öz qonşuluğunda  belə bir dövlətin yaradılmasına imkan verməyəcək.

“Bir sıra Avropa ölkələrinin Fələstin dövlətini tanımaq niyyəti “terrorun mükafatı” kimi dəyərləndirilə bilər.  Fələstinlilərin 80 faizi oktyabrın 7-də baş vermiş dəhşətli qırğını dəstəkləyir. Bu cür düşünən insanlara dövlət vermək olmaz”, – Netanyahu vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az