Netanyahu: Qəzzanın cənubunda döyüşləri genişləndiririk

İsrail müharibəni davam etdirir və Qəzza zolağının cənubunda hərbi əməliyyatları genişləndirir.

Globalinfo.az “Report”-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

“Qəzza zolağının cənubunda və digər yerlərdə hərbi əməliyyatları genişləndirərək müharibəni davam etdiririk. Biz HƏMAS terrorçularına deyirik: sizi görürük və sizə çatacağıq”, – Baş nazirin Ofisi onun bəyanatını yayıb.

“Döyüşçülərimiz (Qəzza zolağında) yerin səthində, bəzən yerin altında döyüşür və bizim göydə də gözlərimiz var”, – Nazirlər Kabinetinin rəhbəri davam edib.

“Ən qabaqcıl texnologiyalardan istifadə də daxil olmaqla, sona qədər mübarizə aparırıq”, – Netanyahu vurğulayıb.