İsrail ordusu ABŞ-ın “fəlakət olacaq” dediyi hücuma başlayır

İsrail ordusu Qəzza zolağının Misirlə sərhəddə yerləşən Rəfah bölgəsinə hava hücumlarını artırıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Baş nazir Benyamin Netanyahunun Rəfaha hücum üçün orduya hazırlıqla bağlı göstəriş verildiyi bildirilir.

Qeyd edək ki, ABŞ İsrailin şəhərə genişmiqyaslı hücumunun fəlakətlə nəticələnəcəyinə dair Təl- Əvivə xəbərdarlıq edib.

Əliyar Xəlil
Globalinfo.az