İsrailin Baş naziri Benyamin Netanyahu öz hərbi katibi general-mayor Roman Qofmanın kəşfiyyat xidməti olan “Mossad”ın yeni direktoru vəzifəsinə təyinatını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.
Bildirilib ki, R. Qofman iyunun 2-də “Mossad” direktoru kimi beş illik vəzifəsinin icrasına başlayacaq.