Netanyahu Makrona qəzəbləndi: Ciddi səhvə yol verirsən!

Fransa Prezidenti Emmanuel Makronun Qəzza ilə bağlı açıqlaması İsraildə etirazla qarşılanıb.

Globalinfo.az xəbər verir ki, Makronun “körpələr, qadınlar və qocalar bombalanır, öldürülür. Biz İsraili dayanmağa çağırırıq” deməsinə Təl-Əvivdən sərt reaksiya gəlib.

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa prezidentinin İsrailə qarşı iddialarında “faktiki və mənəvi baxımdan ciddi səhvə yol verdiyini” vurğulayıb.

“Mülki əhalinin təxliyəsinə İsrail deyil, HƏMAS mane olur”, – o qeyd edib.

Bundan sonra Makronun mövqeyindən geri çəkildiyi bildirilir.

Safura Bənnayeva
Globalinfo.az