1200x675 cmsv2 13876fef f91c 5f9a 8ce9 2287b6481f4a 8166052

İsrail nümayəndə heyəti Parisdən qayıtdıqdan sonra Qəzza zolağında girovların azad edilməsi məsələsi ilə bağlı danışıqların növbəti addımlarını müzakirə edəcəyik.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O bildirib ki, İsrail Nazirlər Kabineti HƏMAS-la danışıqlarda növbəti addımları müzakirə edəcək.

“Biz girovları azad etmək üçün başqa bir razılaşma üzərində işləyirik. Buna görə də mən Parisə nümayəndə heyəti göndərdim. Nazirlər Kabineti danışıqlarda növbəti addımları müzakirə edəcək”, – Netanyahu vurğulayıb.

İsrail Milli Təhlükəsizlik Şurasının sədri Tzachi Haneqbi nümayəndə heyətinin artıq Parisdən qayıtdığını açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: