Nəriman növbəti döyüşünə çıxır – FOTO

Azərbaycanlı döyüşçü Nəriman Abbasov bu gün növbəti döyüşünü keçirəcək.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, yüngül çəkidə mübarizə aparan MMA idmançısı “Naiza Fighting Championship” turnirində qüvvəsini sınayacaq.

29 yaşlı təmsilçimiz qırğızıstanlı Kanibek Janıbek Uulu ilə üz-üzə gələcək. Döyüş Almatıda təşkil olunan “Naiza Fighting Championship 50” çərçivəsində baş tutacaq.

Qeyd edək ki, yüngül çəkidə “AMC Fight Night”da çempion titulunun sahibi N.Abbasov peşəkar karyerasında 32-ci döyüşə çıxacaq. Onun hesabında 28 qələbə var. Janibek isə 21 qarşılaşmada 13 dəfə qalib gəlib, 8 dəfə uduzub.

Nəriman Abbasov növbəti döyüşünə çıxır