2025-ci ilin yanvar-may aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 55 milyon 672 min 800 manat vəsait yönəldilib.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu da bir il öncəki göstəricidən 31,5 faiz çoxdur.
Əsas kapitala vəsait qoyuluşunun 34 milyon 861 min 200 manatı və ya 62,6 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz çoxdur.