NATO üzvlərinin yarıdan çoxu ABŞ-ın “Prioritised Ukraine Requirements List” (PURL) təşəbbüsü çərçivəsində Ukrayna üçün Amerika silahlarını almağa hazırdır.
Globalinfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte bildirib.
O qeyd edib ki, plana ümumilikdə 16–17 ölkə qoşulmağa razılıq verib.
Baş katib deyib ki, PURL proqramı ilə artıq ilk paketlər üçün altı müttəfiq maliyyə ayırıb və toplantıda digər ölkələrin də yeni töhfə vədləri verdiyi bildirilib.
Tahir Turan
Globalinfo.az