Fransa narahatdır: Ümid edirik, ABŞ-ın adını dəyişməz

WhatsApp Image 2024 11 11 at 11.22.10

Fransa amerikalı milyarder Elon Maskın planlarından narahat olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro danışıb.

“Ümid edirik ki, o, ABŞ demokratiyası ilə Tvitterlə etdiyi kimi davranmayacaq. Demokratiya kövrək xəzinədir” – deyə Barro Maskın Tramp administrasiyasında yer almasına reaksiya verib.

O, ABŞ-ı demokratiyanın köklərinə qayıtmağa çağırış edib.

Qeyd edək ki, E.Mask Tvitteri aldıqdan sonra adını dəyişərək X etmiş, bir sıra qaydalar tətbiq etmişdi.

Əliyar Xəlil
Globalinfo.az