Müxaliflər Bakıya göndərilən təkliflərlə tanış oldu – Bəyanat

Ermənistan parlamentinin “Ermənistan” fraksiyasından olan deputatları Geqam Manukyan, Anna Qriqoryan, Kristin Vardanyan və Artur Xaçatryan birgə bəyanatla çıxış ediblər.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, onlar bəyanatda bu gün Xarici İşlər Nazirliyində Ermənistan adından 2024-cü ilin 4 yanvarında Azərbaycana göndərilən təkliflər paketi ilə tanış olduqlarını bildiriblər.

“Biz qeyd edirik ki, danışıqlar prosesində ciddi irəliləyiş yoxdur və əvvəlki təkliflər paketləri ilə tanış olduqdan sonra səsləndirdiyimiz bütün narahatlıqlar – Ermənistanın heç bir əlavə təhlükəsizlik zəmanəti almadan Azərbaycanın nailiyyətlərini güc təhdidi ilə təsdiqləməklə bağlı – qalmaqdadır.

Bununla belə, aşağıdakı halı diqqətəlayiq hesab edirik:

“Sazişin şərtləri ilə tanış olan XİN-in əməkdaşları bizə eyham vurdular ki, Azərbaycanla danışıqlar prosesinin “təhlükələri” və “yalançı sülh” tezisi barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyan səylərimiz aidiyyəti qurumların diqqətindədir. XİN məxfi məlumatların açıqlanmaması bəndini pozub-pozmadığımızı araşdırır.

Əslində, Azərbaycan prezidentinin Ermənistanı və erməni xalqını gündəlik təhdidləri fonunda Ermənistan XİN müxalifətdən olan deputatların müsahibələrini və ictimai bəyanatlarını araşdırmaqla məşğuldur.

Bunu bilavasitə təhdid və parlamentin