“Mən əminəm ki, yaxın gələcəkdə heç kim Ermənistan və erməni xalqı üçün Rusiyanı əvəz edə bilməyəcək”.
Globalinfo.az bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.
O bildirib ki, məsuliyyəti Rusiyanın üzərinə yükləmək cəhdi Paşinyanın Moskva ilə bütün əlaqələri kəsmək zərurətindən irəli gəlir. Beləcə erməni xalqının öz müqəddəratını təyin etmək iradəsinə qarşı zorakılıq edilir.
“Rusiyanın varlığı uğrunda mübarizə apardığı, Qərblə üz-üzə gəldiyi bir vaxtda müttəfiqimiz Ermənistan bizə xəyanət edir. Mən bununla razılaşa bilmirəm”, – deyə Zatulin vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az