ABŞ hökuməti Trampın həbsinə xüsusi hazırlaşır – Tapşırıq verilib

Nyu-York polisi sabiq prezident Donald Trampa qarşı ittiham irəli sürüləcəyi halda baş verəcək iğtişaşlara hazırlaşır.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı CNN Nyu-York Polis Departamenti arasında paylanmış daxili təlimata istinadən məlumat yayıb.

Televiziya şirkətinin məlumatına görə, bazar ertəsi yayılan təlimatda bütün polis əməkdaşlarına iğtişaşlar baş verəcəyi təqdirdə işə çıxmaq tövsiyə olunub.

Şənbə günü Tramp “Truth” sosial şəbəkəsində Nyu York prokurorluğunun onun həbsinə hazırlaşdığını bildirib və tərəfdarlarını etiraza çağırıb.