Müsavat AXCP-nin mitinqinə qoşulacaqmı? – AÇIQLAMA

Son günlər Bakıda etiraz aksiyalarının keçirilməsi ilə bağlı mövzu gündəmə gəlir.  Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 1 aydır bu haqda təbliğat aparır. Təşkilat aprelin 21-nə, sonra isə mayın 5-nə paytaxt ərazisində mitinq keçirmək istəsə də Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) buna icazə vermədi.

İndi isə aksiyanın 19 may 2024-cü il tarixində keçirilməsi planlaşdırılır. Bununla bağlı BŞİH-nə müraciət edilib. Görəsən, Müsavat Partiyası AXCP-nin keçirdiyi mitinqə qoşulacaqmı?

Globalinfo.az-a danışan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı mitinqə dəvət almadıqlarını bildirib.

Onun sözlərinə görə, son günlər qurultayla əlaqədar olaraq digər prosesləri izləyə bilməyib:

“Bilirsiniz ki, bu günlərdə başımız qurultaya qarışmışdı. Bildiyim qədər AXCP may ayında keçiriləcək mitinqə qoşulmamız barəsində bizə hər hansı bir müraciət ünvanlamayıb. Ola bilər ki, Müsavat Partiyasının keçmiş və ya yeni rəhbərinə nəsə deyərlər. Lakin bu günə kimi bizdə belə xəbər yoxdur. Müsavat Partiyasında qərarlar kollegial olur. Əgər bizə mitinqdə iştirak etmək təklif olunarsa, yəqin ki, müzakirə edib, sonra qərar verəcəyik. Müzakirəsiz heç bir söz deyə bilmərik”.

Zaira Akifqızı
Globalinfo.az