Müharibə şiddətlənir: Ukrayna onları da döyüşə göndərir

“Ukrayna hakimiyyəti payızda qadınları orduya çağırmağa hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ali Radanın keçmiş deputatı İlya Kiva danışıb.
Onun sözlərinə görə, bu addım Ukrayna ordusunun ciddi itkilər verməsi səbəbi ilə atılacaq. Artıq qadınlar üçün hərbi geyimlərin forması təsdiqlənib və istehsala başlanılıb.

Keçmiş deputat bildirib ki, müharibə dövründə ölkədən Avropaya dörd milyon qaçqın gedib. Onun sözlərinə görə, qaçqınların bir çoxu ölkəyə qayıtmaq niyyətində deyil.

Tamerlan Yayaqan
Globalinfo.az