İranın yeni ali lideri Müctəba Xamenei barədə sensasion məlumat yayılıb.
Globalinfo.az xəbər verir ki, “The Sun” nəşrinin yazdığına görə, o, hava zərbəsi nəticəsində ağır yaralanıb və hazırda komadadır.
Məlumata görə, hücum zamanı Xamenei ciddi xəsarətlər alıb. Mənbələrin bildirdiyinə əsasən, onun iki ayağı amputasiya edilib. Bundan əlavə, daxili orqanlarında ağır travmaların, o cümlədən qaraciyər və mədə nahiyəsində cırılma ehtimalının olduğu qeyd edilir.
Nəşrin iddiasına görə, Xamenei aldığı yaralar səbəbilə hazırda komadadır və vəziyyəti son dərəcə ağır qiymətləndirilir.
Qeyd edək ki, bu məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. İran tərəfi isə məsələ ilə bağlı açıqlama verməyib.
Əliyar Xəlil