İrəvan yanlış edir: İran və Rusiya dözməyəcək – Tarasov

“Ermənistanda xidmət edən Avropa missiyası mülki missiya kimi təqdim edilsə də, formatının dəyişdiyi görünür”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.

Politoloq missiya ilə bağlı dəyişikliklər nəticəsində Moskva və Tehranın İrəvana qarşı çıxacağını deyib:

“Beləliklə həmin Avropa missiyası zamanla NATO missiyasına çevrilə bilər. Rusiya bütün bu ehtimalların fərqdindədir. Kremlin bu istiqamətdə açıqlamalarını Ermənistanda təbliğat, ifrat reaksiya kimi qiymətləndirirlər. Düşünürəm ki, NATO-nun Baş katibi Yens Stoltenberqin İrəvana səfəri zamanı bütün məsələlər müzakirə olunub. Təsadüfi deyil ki, son olaraq missiyanın təkibinə qoşulan nümayəndə NATO ölkəsi olan Kanadanın göndərdiyi şəxs idi. Bunun ardı gələ, alyansın digər üzv ölkələrindən də nümayəndə göndərilə bilər.

Bütün bunları nəzərə alsaq, yaxın zamanlarda İran və Rusiyanın Ermənistana müvafiq reaksiya bildirəcəyi gözlənilir. Tehran və Moskva burnunun dibində belə bir dəyişikliyi qəbul etməz”.

Ayşən Mustafa
Globalinfo.az