“Moskvaya yaxınlaşan iki dron vurulub”.
Globalinfo.az xəbər verir ki, bunu şəhər meri Sergey Sobyanin deyib.
“Müdafiə Nazirliyinin hava hücumundan müdafiə sistemi iki PUA-nı məhv edib. Təcili yardım briqadaları hadisə yerində işləyir”, – deyə o, “Max Messenger” tətbiqində yazıb.
Qeyd edək ki, bu, Ukrayna dronlarının Moskvaya səkkizinci uğursuz hücumudur.
Tahir Turan
Globalinfo.az