Moskva “Köçəryan layihəsi”ni ləğv edir: yeni gücün anonsu verildi

Hakimiyyət müxalifətin kobud səhvini müəyyən edə bilib.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Vahe Ovanisyan çıxış edib.

Ovanisyan müxalifətin indiki qorxaqlığı sayəsində Ermənistanın yavaş-yavaş böyük prokurorluğa çevrildiyini söyləyib:

“Ümumi cizgiləri ilə bu situasiya Saakaşvilinin hakimiyyətinin son dönəminə bənzəyir. Reallıq İvanişvilini yaratdı, hansı ki geniş kütlələri konsolidasiya edib, ağıllı komanda qura bildi”.

Qeyd edək ki, son iki il ərzində Ermənistanda alternativ gücün yaradılması ideyası xüsusilə Rusiya tərəfindən təbliğ edilir. İqtidar və müxalifət isə buna yol vermək istəmirlər. Ekspertlər alternativ gücün yalnız Moskva tərəfindən yaradıla biləcəyini düşünürlər.

İlkin
Globalinfo.az