Məşhur rusiyalı riyaziyyatçı Mixail Verbitski İrəvanda “Zvartnots” hava limanında saxlanılıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Qeyd edək ki, bundan öncə Rusiya Daxili İşlər Nazirliyi onu beynəlxalq axtarışa vermişdi.
Əlavə edək ki, Verbitski terrorizmə açıq çağırışlar etməkdə ittiham olunur və ona qarşı cinayət işi açılıb. Riyaziyyatçının adı “Rosfinmonitorinq”in ekstremistlər və terrorçular siyahısına əlavə edilib.