“Bu gün “Yeni sabah” saytında barəmdə yayılan xəbərlər həqiqəti əks etdirmir”.
Bu sözləri Globalinfo.az-a sabiq təhsil naziri Misir Mərdanov deyib.
O, məsələ ilə bağlı bunları deyib:
“Haqqımda aşağıda qeyd olunan məlumatla tanış oldum:
1. Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri.
2. Bakı Dövlət Universitetinin Ali riyaziyyat kafedrasının müdiri.
3. “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri” jurnalının fizika-texnika və riyaziyyat elmləri seriyasının riyaziyyat və mexanika buraxılışının redaktor müavini.
4. “Azerbaijan journal of Mathematics” jurnalının redaksiya heyətinin üzvi.
5. AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Elmi əsərlər” jurnalının baş redaktoru.
6. “TWMS Journal of Pure and Applied Mathematics” (Turkic World Mathematical Society) jurnalının beynəlxalq redaksiya heyətinin üzvi.
7. “Чебышевский сборник” jurnalının beynəlxalq redaksiya heyətinin üzvi.
8. Riyaziyyat və Mexanika İnstitutunun D 01.111 dissertasiya Şurasının üzvü.
9. Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının sədri.
10. Riyaziyyat və Mexanika İnstitutunun D.01.111 dissertasiya Şurasının sədri.
Burada göstərilən vəzifələrin hər biri icitimai əsaslarladır və onlarln heç birindən əməkhaqqı almamışam.
Bundan başqa, “M.Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.
Onun bu vəzifələrin hansında maaşla, hansında ictimai əsaslarla çalışdığı məlum deyil. Hətta bu durumda belə keçmiş nazirin aylıq gəlirinin kifayət qədər yüksək olduğunu təxmin etmək mümkündür.
Professor M.Mərdanov BDU-nun kafedra müdiri kimi 2000-2500 manat, AMEA-nın müxbir üzvü kimi 1200 manat rütbə maaşı alır.
Bundan başqa, o, 15 il təhsil naziri işləyib və hazırda çox yüksək məbləğdə pensiya alır” deyə qeyd ediblər. Bunlar əsassız ittihamdır”.
Misir Mərdanov məsələyə aydınlıq gətirib:
“BDU-nun kafedra müdiri kimi də ictimai əsaslarla çalışıram, yalnız AMEA-nın müxbir üzvü kimi və dövlətin müəyyən etdiyi təqaüdü alıram.
Xahiş edirəm hər hansı şəxs haqqında məlumatı yazarkən ədalətli olun, yalnışlığa yol verməyin. Yaxşı olar ki, məlumatı dəqiqləşdirib ondan sonra xəbər saytlarında yerləşdirib yayasınız”.
Zaira Akifqızı
Globalinfo.az