
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşüb.
Globalinfo.az xəbər verir ki, görüş Mirzoyanın Strasburqa səfəri çərçivəsində baş tutub.
Tərəflər regional kommunikasiyaların blokdan çıxarılması ilə bağlı məsələləri müzakirə ediblər.
Mirzoyan Cənubi Qafqazda davamlı sülhün təmin edilməsinə yönələn addımlar barədə Şallenberqi məlumatlandırıb.
Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə toxunan Mirzoyan Almatıda aparılan danışıqların təfərrüatları barədə məlumat verib.
Mirzoyan və Şallenberq həmçinin regional kommunikasiyaların blokdan çıxarılması ətrafında fikir mübadiləsi aparıblar.
Müşviq Tofiqoğlu
Globalinfo.az