
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqa işgüzar səfərə gedir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in Mətbuat xidməti məlumat yayıb.
Mirzoyanın səfəri mayın ayının 13-14-nə planlaşdırılıb. O, Avropa ölkələri nazirlərinin 134-cü sessiyasında iştirak edəcək. Bundan başqa, Mirzoyanın Lüksemburqda bir sıra görüşlər keçirəcəyi də deyilir.
Aysel Əliyeva
Globalinfo.az