zelenski modi 1

“Ukraynadakı münaqişə Modi və Zelenski arasında danışıqların əsas mövzusu oldu”.

Globalinfo.az xəbər verir ki, bu barədə Kiyevdə keçirilən görüşün yekunlarına dair mətbuat konfransında Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar bildirilib.

“Tərəflər vaxtın çox hissəsini Ukrayna münaqişəsi məsələsinə həsr ediblər. Baş nazir Hindistanın mövqeyini açıqlayaraq bildirib ki, dialoq və diplomatiya münaqişənin həllinin açarıdır. Yəni sülh yolundan başqa variant yoxdur. Modi Zelenski ilə görüşdə Qlobal Cənub dövlətlərinin Ukrayna münaqişəsi və onun nəticələri ilə bağlı narahatlığı məsələsini də qaldırıb. Zelenski isə açıq şəkildə Ukrayna ilə bağlı sülh sammitində Hindistanın iştirakının davamını istədi”, – deyə Caişankar vurğulayıb.

Qeyd edək ki, daha öncə məlum olub ki, Ukrayna rəsmiləri Kiyev və Moskva arasında Hindistanın vasitəçiliyi ehtimalını istisna edir. Narendra Modinin münaqişənin həllinə töhfə verməyə və onun sona çatması üçün istənilən rolu oynamağa hazır olduğunu açıqlamasına baxmayaraq bu qərar verilib.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: