Mirzoyan: “Azərbaycanın təkliflərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur”

“Azərbaycanın sülh müqaviləsi üzrə təkliflərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur”.

Globalinfo.az bildirir ki, “Report”un “Novosti Armenia”ya istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 5-də parlamentin iclasında bildirib.

O, Azərbaycan tərəfinin bu ilin martında rəsmi İrəvana təqdim etdiyi 5 maddəlik təkliflər barədə Ermənistan və beynəlxalq ictimaiyyətin məlumatlı olduğunu vurğulayıb.

A.Mirzoyan qeyd edib ki, Bakı və İrəvan arasında normal danışıqlar prosesi davam edəcək.