Əliyev və Paşinyanın görüş vaxtı bilindi

Oktyabrın sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel deyib.

Ş.Mişel bildirib ki, liderlər Brüsseldə keçiriləcək üçtərəfli görüşdə iştirak etmək barədə razılığa gəliblər.

Qeyd edək ki, rəsmi Bakı oktyabrın 5-i Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə Qrandada keçirilməsi nəzərdə tutulan görüşdən imtina etmişdi. Buna səbəb isə Fransanın mövqeyi, Türkiyənin iştirakına icazə verilməməsi və masada anti-Azərbaycan ab-havasının yaradılması göstərildi.

Ayşən Mustafa
Globalinfo.az