Mingəçevirdə bağçada biabırçı vəziyyət – FOTOLAR

Mingəçevir şəhərində yerləşən 20 N-li “Lalə” körpələr evi uşaq bağçası biabırçı vəziyyətdədir.

Globalinfo.az xəbər verir ki, adı çəkilən bağça SSRİ vaxtından istifadəyə verilib.

Şikayətçilərin sözlərinə görə, indiyənə qədər bağçada heç bir təmir işləri aparılmayıb:

“Əgər bura bağça demək mümkündürsə. Valideynlər əlacsız övladlarını bu bağçaya gətirirlər. Bağça heç bir normalara cavab vermir. Bina o qədər köhnədir ki, nə qapısı, nə pəncərəsi, nə də uşaqların istirahəti üçün həyəti var. Hələ üstəlik də, elektirik xətləri o qədər nasazdır ki, qızdırıcını qoşan kimi bağçada qısaqapanma nəticəsində alovlanma başlayıb”.

Məlumata görə, hazırda bağçada elektirik xətləri işləmir və otaqlar odun peçi ilə qızdırılır.

Sual yaranır, bu vəziyyətdə olan bağça ilə bağlı aidiyyatı qurumlar niyə gərəkli addımlar atmırlar? Uşaqların şəraitsiz vəziyyətdə olmaları nə üçün heç kimi narahat etmir? Ünvanı bildirən löhvə bu vəziyyətdə asılıbsa, onda digər problemlərdən danışmağa dəyməz.

Mövzu ilə bağlı müvafiq qurumların mövqeyini dərc etməyə hazırıq.

Zaira Akifqızı
Globalinfo.az