Minaya düşən gəncin FOTOSU

Xəbər verdiyimiz kimi, 23 yaşlı gənc Tərtərdə minalardan təmizlənməmiş ərazidə mal-qara otaran zaman piyada əleyhinə minaya düşüb.

Globalinfo.az gəncin fotosunu təqdim edir:

***

Tərtərdə minaya düşən şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, keçmiş təmas xətti ərazisində baş verən mina hadisəsi zamanı rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvvəllüdlü Əlizadə Həsənəli Şahin oğlu zərər çəkib.

Minalardan təmizlənməmiş ərazidə mal-qara otaran zaman piyada əleyhinə mina partlayışından xəsarət alan şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.

“ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, mina xəbərdaredici nişanlara və təhlükə bildirən göstəricilərə diqqət etməyə, xüsusilə keçmiş təmas xətti boyu ərazilərin minalarla ciddi şəkildə çirkləndiyini nəzərə alaraq, bələd olmadıqları ərazilərə daxil olmamağa və tələb olunan qaydalara riayət etməyə çağırır”, – Agentliyin vətəndaşlara müraciətində deyilir.