yankauskas edqaras

Litva millisinin baş məşqçisi Edqaras Yankauskas istefaya göndərilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Litva Futbol Federasiyası (LFF) məlumat yayıb.

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.

Onun istefası haqda qərar Azərbaycan millisinə Bakıdakı məğlubiyyətdən (0:1) sonra verilib. Bu məğlubiyyət səbəbindən Litva millisinin qrupun qalibi olmaq şansı xeyli azalıb.

Paylaş: