Milli QHT Forumu bəyanat qəbul etdi – FOTO

Bakıda Azərbaycan Milli QHT Forumunun ümumrespublika forumu keçirilib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, forumda ölkədə fəaliyyətdə olan 300-ə yaxın Qeyri-Hökumət Təşkilatının rəhbər və nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Milli QHT Forumunun Prezidenti Rauf Zeyni buna qədər baş tutan regional forumlarının əhəmiyyətindən bəhs edib: “Bu forumlarda 250-dək QHT iştirak edib. Bu regional forumlar göstərdi ki, QHT-lər çox böyük potensiala malikdir. Hesab edirik ki, bu forumları davamlı olaraq təşkil edəcəyik”.

Rauf Zeyni çıxışı zamanı Azərbaycan xalqını 7 fevral növbədənkənar prezident seçkilərində fəal olmağa çağırıb.

Daha sonra bir sıra QHT rəhbərləri çıxışlar edib.

Çıxışlarda ölkəmiz üçün əhəmiyyətli nüanslar, tarixi Zəfərimiz, eləcə də növbədənkənar prezident seçkiləri barədə fikirlər səsləndirilib.

Həmçinin QHT-lərin Azərbaycanın haqlı mübarizəsində daim fəal olması diqqətə çatdırılıb.

Yekunda Milli QHT Forumunun ümumrespublika forumu bəyanat qəbul edib.

Bəyanatda ölkəmizin son 20 ildəki beynəlxalq arenada nüfuzu, Qarabağ məsələsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həlli, 7 fevral prezident seçkiləri, seçkilərdə əhalinin fəallığı və İlham Əliyevin layiqli namizəd olaraq dəstəklənməsi kimi fikirlər yer alıb.

Milli QHT Forumunun ümumrespublika forumunda prezident seçkiləri ilə bağlı bəyanat qəbul edilib - FOTO Milli QHT Forumunun ümumrespublika forumunda prezident seçkiləri ilə bağlı bəyanat qəbul edilib - FOTO Milli QHT Forumunun ümumrespublika forumunda prezident seçkiləri ilə bağlı bəyanat qəbul edilib - FOTO Milli QHT Forumunun ümumrespublika forumunda prezident seçkiləri ilə bağlı bəyanat qəbul edilib - FOTO Milli QHT Forumunun ümumrespublika forumunda prezident seçkiləri ilə bağlı bəyanat qəbul edilib - FOTO Milli QHT Forumunun ümumrespublika forumunda prezident seçkiləri ilə bağlı bəyanat qəbul edilib - FOTO Milli QHT Forumunun ümumrespublika forumunda prezident seçkiləri ilə bağlı bəyanat qəbul edilib - FOTO Milli QHT Forumunun ümumrespublika forumunda prezident seçkiləri ilə bağlı bəyanat qəbul edilib - FOTO Milli QHT Forumunun ümumrespublika forumunda prezident seçkiləri ilə bağlı bəyanat qəbul edilib - FOTO