img 4799

“Qadın Konsensus Mərkəzi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Milli geyimlərin təbliği – Ənənədən gələcəyə” adlı layihə çərçivəsində ictimai müzakirə keçirib.

Globalinfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, 4 ay davam edən layihə çərçivəsində 10 araşdırma yazı, 6 veriliş hazırlanıb və bu gün yekun olaraq mütəxəssislər, ziyalıların iştirakı ilə ictimai müzakirə keçirilib.

Layihənin məqsədi Azərbaycanın milli geyimlərini öyrənmək və təbliğ etməkdir. Milli geyimlərimizi, xüsusilə də gənclər arasında təbliğ etməklə milli dəyərlərimizə sahib çıxmaq əsas hədəfdir.

İctimai müzakirədə Milli Məclisin üzvləri Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Azərbaycan Dillər Universitetin regionşünaslıq kafedrasının müdiri, etnoqraf Sevdagül Əliyeva, Azərbaycan Milli geyim mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dizayner Gülnarə Xəlilova, “Bakı Milli Geyim Evi”nin rəhbəri, modelyer Könül Vəlibəyli, xalq artisti Nəzakət Teymurova, əməkdar artist Sənubər İsgəndərli, “Qadın Konsensus Mərkəzi”nin rəhbəri Aynur Camalqızı fikirlərini bölüşüblər.

img 4724 1

img 20240913 wa0028 img 4782 img 5084 img 5257 img 4885 img 4862 img 4865 img 5148 img 4729 img 4757 img 5199 1 img 5015 img 4975 img 4676 img 5299 img 5089 img 5140 img 5077

Paylaş: