Mikayıl Cabbarov Naxçıvanda sahibkarlarla görüşdü – YENİLƏNİB

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Naxçıvan şəhərindəki Biznes Mərkəzində sahibkarlarla görüşüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, görüş çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların qarşılaşdıqları məsələlər, biznes təmsilçilərinin fəaliyyəti ilə bağlı yaranan suallar, iqtisadi aktivliyin artırılması və yeni çağırışlar barədə müzakirələr aparılıb.

Bildirilib ki, Naxçıvanın iqtisadiyyatının inkişafı üçün bütün mövcud biznes mexanizmləri tətbiq ediləcək.

***09:30

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasına gəlib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, nazir bugün Naxçıvan şəhərində yerləşən Biznes Mərkəzində sahibkarlarla görüş keçirəcək.

Görüşdə sahibkarların yeni təklifləri dinləniləcək, bu sahənin inkişafı istiqamətində görüləcək işlər müzakirə olunacaq.