Kartlar açıldı, Paşinyan məxfi razılaşma imzalayıb – Akopyan

Çətin ki, İrəvanı ziyarət edən Mİ-6-nın rəhbəri Riçard Mur Nikol Paşinyanla beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etsin.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə erməni analitik Sevak Akopyan çıxış edib.

“Riçard Murun gəlişinin üzərinə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnsün də səfərini əlavə edin. Aydın olur ki, biz 4 il ərzində gerçəkləşdirilən məxfi proqramın son mərhələsindəyik. Artıq hər kəs açıq kartlarla oynayır. Məncə, müntəzəm görüşlər də bu planın maneəsiz reallaşdırılmasına işarədir”, – o bildirib.

Qeyd edək ki, Britaniyanın Mİ-6 kəşfiyyat idarəsinin rəhbəri Riçard Mur dünən İrəvana gəlib. Səfər çərçivəsində tərəflər arasında Qafqazdakı məsələlər müzakirə edilib.