Məni ölümlə təhdid edirlər! – Netanyahu – YENİLƏNİB

İsrailin baş naziri Benyamin Netanyahu hüquq-mühafizə orqanlarına müraciət edərək, onun öldürülməsi təhlükəsi ilə bağlı tədbir görməyi xahiş edib.

“Bu gün biz baş nazirə qarşı açıq-aşkar sui-qəsd təhdidi eşitdik və gördük”, – deyən Netanhu, son bir neçə həftə ərzində məmurlara qarşı artan təhrik dalğasının olduğunu dilə gətirib.

“Bu, demokratiya üçün real təhlükədir. Mən hüquq-mühafizə orqanlarının və təhlükəsizlik qüvvələrinin bu dəhşətli fenomenə qarşı sərt davranacağını gözləyirəm. Hüquq-mühafizə orqanlarından təcili tədbirlər gözləyirəm”, – deyən baş nazir müxalifətdən də qəti və aydın bəyanatlar gözlədiyini qeyd edib.

***21:31

İsrailin Baş naziri Benyamin Netanyahu ona və digər rəsmilərə qarşı təhdidlərin artan dalğasını kəskin tənqid edib.

Globalinfo.az Manset.az-a istinadən xəbər verir ki, bu barədə JNS məlumat yayıb.

“Belə görünürdü ki, seçilmiş məmurlara və mənə qarşı təhdidlər bütün sərhədləri aşdı. Lakin indi biz İsrailin baş nazirinə qarşı açıq-aşkar sui-qəsd təhdidini eşitdik və gördük”, – Netanyahu bildirib.

Qeyd edək ki, Netanyahu bu sözləri İsrail Hərbi Hava Qüvvələrinin keçmiş pilotu Zeev Razanın “Baş nazir ayağa qalxıb diktator səlahiyyətlərini öz üzərinə götürürsə, o öldü, bu qədər sadədir. Onları öldürmək məcburiyyəti var” açıqlamasından sonra deyib.