1772308447 1763296327 netanyahu

İsrail artıq təkcə regional deyil, qlobal gücdür”.

Globalinfo.az-ın xəbərinə görə, bu fikri İsrailin Baş naziri Benyamin Netanyahu səsləndirib.

İsrail artıq regional yox, qlobal dövlətdir. Çünki bizim dünya səviyyəli texnologiyalarımız var. Artıq gücümüzdən bir çox istiqamətdə istifadə edə bilirik”, – Netanyahu bildirib.

Baş nazir qeyd edib ki, hazırda İsraildə adambaşına düşən ÜDM 70 min ABŞ dollarına yaxınlaşır:

“Biz Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələri geridə qoymuşuq. Qarşıda hələ uzun yol var, amma artıq əksər Qərb ölkələrini üstələmişik”.

Netanyahu vurğulayıb ki, güclü ordu və təhlükəsizlik sistemi üçün böyük maliyyə resursları lazımdır:

“Tanklar, təyyarələr, sualtı qayıqlar, kəşfiyyat və kibertəhlükəsizlik üçün vəsait tələb olunur. Bu pulları haradan əldə etmək olar? Varlı insanları yüksək vergilərlə sıxmaqla? O zaman hamı ölkədən qaçar. Biz isə əks yanaşmanı seçdik, iqtisadiyyatı liberallaşdırdıq və aşağı vergilər tətbiq etdik. Lazımi resursları da məhz bu yolla əldə etdik”.

İsrail Baş naziri Hindistanda ölkəsinə böyük rəğbət olduğunu da bildirib:

“Dünyanın bir çox yerində İsrailə qarşı legitimliyin zəiflədilməsi cəhdləri ilə üzləşirik, amma Hindistanda bunu görmürük. Hindistanda İsrailə qarşı tamamilə çılğın sevgi var. Düşünürəm ki, mənim ən çox izləyicim də məhz Hindistandandır”, – deyə Netanyahu vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: