1e178605 6764 11ea aae0 02b7b76bf47f

Belçikanın Baş naziri Bart de Vever “Politico” nəşrinin onu və bir neçə avropalı siyasətçini tənqid edən məqaləsinə istehzalı cavab verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Brussels Times” məlumat yayıb.

“Nəşr məni pis oğlan adlandırdı. Mən? Pis oğlan? Bunu təsəvvür edə bilərsinizmi?”, – deyə Vever ironiya ilə bildirib.

“Politico” məqaləsində Vever, Robert Fitso (Slovakiya), Viktor Orban (Macarıstan) və Fridrix Merz (Almaniya) kimi liderlərə “ sammitini poza biləcək pis oğlanlar” damğası vurulmuşdu.

Söhbət ötən həftə keçirilən Avropa İttifaqı sammitindən gedir. Sammitin əsas mövzusu Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın dəstəyi üçün istifadəsi olub.

Tahir Turan
Globalinfo.az

Paylaş: