
“Taurus” raketlərinin Ukraynaya tədarükü səhv addım ola bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
O, tələsik hərəkət etməyəcəyini bildirib.
““Taurus” uzaqmənzilli qanadlı raketlərinin Ukraynaya mümkün tədarükü münaqişənin gərginləşməsinə töhfə verəcək. Bu məsələ ilə bağlı mövqeyim aydındır. Düşünürəm ki, bu, yanlış addım ola bilər. Hər şeyi ölçmək lazımdır. Mən eskalasiyaya səbəb olacaq bəzi silahları Ukraynaya verməyəcəm”, – deyə Şolts vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az