Meksikada seçki mitinqində faciə: ölənlər var – VİDEO

Meksika prezidentliyinə namizəd Xorxe Maynesin seçki kampaniyası zamanı dekorasiya uçub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Nuevo-Leon ştatının San-Pedro-Qarza-Qarsiya şəhərində baş verib.

Güclü külək nəticəsində konstruksiya dağılıb. Nəticədə 9 nəfər həlak olub, daha 80 nəfər yaralanıb.

Hadisə yerində xilasedicilər işləyir.

Maynesin yaxşı olduğu və komanda üzvlərinin artıq xəstəxanada müalicə olunduğu bildirilib.