“Yaponiya hakimiyyəti Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarına səfəri ilə bağlı açıqlamalarında həddini aşaraq ədəbsizlik etdi”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Lavrov bildiyib ki, Yaponiyanın Moskvadakı səfiri XİN-ə çağırılmasına rəğmən, getməyib:
“Bizə dedi ki, avqustun nə 14-də, nə də 17-də gəlməsi mümkün olacaq. Səfirin davranışı təəccüb doğurur. Ya Moskvada deyil, ya da özünü yaxşı hiss etmir. Əks təqdirdə davranışı heytərləndirir. Hər halda, onu çağırmışıq və gəlməlidir. Fəaliyyət göstərdiyi ölkənin qanunlarına hörmət etməli olması barədə danışacağıq”.
Qeyd edək ki, Vladimir Putinin Kuril adalarına səfəri Yaponiyada ciddi narazılığa səbəb olub.
Əliyar Xəlil
Globalinfo.az