İncədən seçki nəticəsinə münasibət: Ərdoğana uğurlar, müxalifət isə…

Türkiyənin Məmləkət Partiyasının sədri, “Türkiyə -2023” prezident seçkilərinin namizədi Məhərrəm İncə seçki prosesinin nəticəsilə bağlı paylaşım edib. 

Globalinfo.az xəbər verir ki, İncə tvitter hesabında paylaşım edərək Rəcəb Tayyib Ərdoğanı təbrik edib:

“Ölkəmizə yaraşan bir yetkinlik şəraitində keçən prezident seçkilərinin xalqımız üçün xeyirli olmasını arzu edirəm. Qeyri-rəsmi nəticələrə əsasən yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanı təbrik edir, məmləkətin dağ kimi yığılan problemlərinin həllində ona uğurlar arzulayıram. Yaxın günlərdə seçkinin nəticələri ilə bağlı ətraflı qiymətləndirmələr edəcəyəm. Hələlik mən bütün müxalifəti harda səhv etdiyimizi düşünməyə dəvət edirəm”.

Qeyd edək ki, seçkilərin birinci turuna iki gün qalmış Məhərrəm İncə təhdid edildiyini bildirərək namizədliyini geri götürmüşdü.

Globalinfo.az