1000037402 1146x quality75 800x533 x363 quality90

Ermənistanın Meğri bölgəsində gömrük məntəqəsinin rəisi Ovannes Əmirxanyan həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Pastinfo” məlumat yayıb.

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin 5 üzvünə qarşı cinayət təqibinin başladığı bildirilir.

Məlumata görə, onlar dövlət vəzifələrindən sui-istifadə etməkdə, vergidən yayınmaqda və buna kömək etməkdə ittiham olunurlar. Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərindən birinin barəsində həbs qətimkan tədbiri seçilib. 

Əmirxanyanın Meğri sərhəd-keçid məntəqəsinin rəisi olduğu deyilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: