Maskın partiya yaratmaqla bağlı planı: məqsədi bu imiş

ilona mask

“Amerikalı milyarder və sahibkar İlon Mask öz siyasi partiyasını yaratmaqla ABŞ Prezidenti Donald Trampı vurmaq niyyətindədir”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı politoloq Konstantin Bloxin deyib.

“Bu, Trampla münaqişənin nəticəsidir. Mask bu açıqlamaları ilə Respublikaçılar Partiyasına təsir etmək istəyir. Onun hərəkətləri partiyanın özəyində qalmaq üçün taktiki addımdır”, – deyə politoloq bildirib.

Qeyd edək ki, bundan əvvəl İlon Mask öz siyasi partiyasını yaratdığını elan edib.

Əliyar Xəlil
Globalinfo.az