6533630397ba66533630397ba71697866499ed7bd544358010f52f188fc5f2921bc3

Masallıda 42 yaşlı sürücü sükan arxasında ölüb.

Globalinfo.az APA-a istinadla xəbər verir ki, hadisə oktyabrın 20-də, saat 22 radələrində qeydə alınıb.

Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü Coşqun Babayev idarə etdiyi “Mercedes” markalı avtomobillə Masallı şəhəri ərazisində hərəkətdə olarkən ürək tutması nəticəsində avtomobilin salonunda ölüb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş: